Yaponiya hakimiyyəti digər hökumətlərin maraqları naminə çalışan şəxslərin xarici agent kimi qeydiyyatdan keçməsini öhdəliyə çevirə biləcək qanun layihəsinin müzakirəsinə başlayıb.
Qaziler.az "Nikkei" qəzetinə istinadla xəbər verir ki, bu təşəbbüsə casusluqla mübarizə tədbirləri çərçivəsində baxılır.
Qeydiyyat tələbi xarici dövlətlərin maraqları üçün lobbiçilik və digər fəaliyyətlərlə məşğul olan şəxslərə şamil edilə bilər.
Bundan əlavə, dövlət qərarlarının qəbul edilməsinin və ya seçkilərin keçirilməsinin qarşısını almağa yönəlmiş qərəzli hərəkətlərə görə cərimələrin tətbiq edilməsi təklif olunur.
QAZİLER.AZ

