Kanadalı müğənni Trampdan 10 milyon dollar istəyir

Kanadalı müğənni Trampdan 10 milyon dollar istəyir backend

Kanadalı müğənni Nil Yanq ABŞ Prezidenti Donald Trampı seçkiöncəsi mitinqlərdə "Rockin’ in the Free World" mahnısından musiqili gediş kimi istifadə etməkdə və bununla da müəllif hüquqlarını pozmaqda ittiham edərək, ona qarşı 10 milyon dollar məbləğində iddia qaldırıb.

Qaziler.az xəbər verir ki, bu barədə "Variety" nəşri məlumat yayıb.

Nəşrin sitat gətirdiyi iddia ərizəsinə əsasən, Tramp bu mahnıdan oktyabrın 12-də Ohayo ştatında keçirilən mitinqdə və Respublikaçılar Partiyasını dəstəkləmək üçün təşkil edilən digər seçkiöncəsi tədbirlərdə istifadə edib. Trampın yürütdüyü siyasətə qarşı çıxan Yanq pul təzminatı və mahnının gələcəkdə siyasi məqsədlər üçün istifadəsinə qadağa qoyulmasını tələb edib.

Nəşr qeyd edir ki, Yanq hələ 2020-ci ildə də eyni mahnının açıq şəkildə istifadəsinə görə Trampa qarşı iddia qaldırmışdı. Həmin vaxt siyasətçi iddiaya etiraz etməmiş və müvafiq lisenziya olmadan mahnıdan istifadə etməyəcəyinə dair öhdəlik götürmüşdü.

QAZİLER.AZ