Avropa Kanadanı "dilə tutur": Ukraynaya pul göndərmək üçün...

Avropa Kanadanı "dilə tutur": Ukraynaya pul göndərmək üçün... backend

Avropa İttifaqı oktyabrın 29–30-da Monrealda keçiriləcək ikitərəfli sammitdə Ukraynaya dəstək üçün əlavə vəsait ayırması mövzusunda Kanadanı razı salmaq niyyətindədir.

Qaziler.az xəbər verir ki, bu barədə "Rapporteur" portalı məlumat yayıb.

Bununla belə, Kanada tərəfinin Kiyevin maliyyələşdirilməsində iştirak etməyə razı olub-olmayacağı hələlik məlum deyil. Portalın ixtiyarına Aİ və Kanada görüşünün yekun bəyanat layihəsinin ilkin versiyası daxil olub.

Sənəddə deyilir ki, sammit iştirakçıları "Kanadanın Ukraynaya dəstək kreditinə qoşulmasını alqışlayırlar". Lakin bu ifadə kvadrat mötərizəyə alınıb ki, bu da sözügedən məsələ barəsində hələlik rəsmi razılığın olmadığını göstərir.

Qeyd edilib ki, Avropa İttifaqının daha əvvəl keçirilən sammitində iştirakçılar Kiyevə əlavə vəsaitlərin ayrılması ilə bağlı razılığa gələ bilməmişdilər. Görüşün yekununda Avropa Komissiyasının sədri Ursula fon der Lyayen bəyan etmişdi ki, Aİ ölkələri tərəfdaşları Ukraynanın maliyyələşdirilməsinin artırılmasına töhfə verməyə çağırırlar. Monrealda gözlənilən sammitin Kanadanın bu təşəbbüsdə mümkün iştirakının müzakirəsi üçün əsas meydançaya çevriləcəyi gözlənilir.

QAZİLER.AZ