NATO-nun beş Avropa ölkəsi ABŞ-ni "əvəzolunmaz müttəfiq" kimi qoruyub saxlamaqla, qitənin təhlükəsizliyi üçün daha böyük məsuliyyət götürməyə hazır olduqlarını bildiriblər.
Qaziler.az xəbər verir ki, bu barədə "France24" telekanalı məlumat yayıb.
Nəşrin yazdığına görə, Fransa, Almaniya, İtaliya, Polşa və Böyük Britaniyanın müdafiə nazirləri Parisdə Avropanın müdafiə məsələlərində rolunun gücləndirilməsinə dair aparılan danışıqlardan sonra Amerika Birləşmiş Ştatları ilə daha sıx əməkdaşlıq edəcəklərinə söz veriblər. Bununla yanaşı, onlar NATO çərçivəsində "böyük məsuliyyət" daşımağa hazır olduqlarını vurğulayıblar.
"Amerika Birləşmiş Ştatları əvəzolunmaz müttəfiqdir və belə də qalacaq. ABŞ-nin Avropa təhlükəsizliyinin təmin olunmasında gələcək iştirakı güclü və nüfuzlu bir NATO üçün son dərəcə vacibdir", - nazirlərin birgə bəyanatında deyilir.
QAZİLER.AZ

