ABŞ Prezidenti Donald Tramp İranla aparılan müharibə zamanı yayda hərbi əməliyyatların dayandırılmasını boş vaxt itkisi hesab edib.
Qaziler.az xəbər verir ki, o, bu barədə Konqresə aralıq seçkiləri ərəfəsində, Missisipi ştatında Respublikaçılar Partiyasının tərəfdarları qarşısında çıxış edərkən bəyan edib.
Münaqişənin başlanmasından bəhs edən Tramp ABŞ-nin başqa seçimi olmadığına dair versiyanı irəli sürüb. "Bunu çoxdan etmək lazım idi və hazırda baş verənlər çox tezliklə başa çatacaq", – deyə o iddia edib.
"Biz kiçik bir atəşkəsə razılıq verdik, lakin bu, mənim o qədər də xoşuma gəlmədi. Mən bunu vaxt itkisi hesab edirdim. Biz bir neçə gəminin Hörmüz boğazından keçməsinə icazə verdik. Yaxşı olmaq istədik, lakin bildiyim qədərilə, bu, sadəcə vaxt itkisi oldu", – deyə Tramp əlavə edib.
QAZİLER.AZ

