"Hizbullah" İranın vəsaiti hesabına yeni regional müharibəyə hazırlaşır.
Qaziler.az xəbər verir ki, bu haqda "Reuters" agentliyi Livan təhlükəsizlik xidmətlərinə istinadən xəbər verir.
Mənbənin sözlərinə görə, son üç ay ərzində təşkilat İsrail ilə qarşıdurmanın yeni mərhələsinə hazırlaşıb.
Agentlik qeyd edib ki, bu müddət ərzində İran "Hizbullah"a onun hərbi potensialını bərpa etmək üçün on milyonlarla dollar köçürüb.
Başqa bir mənbənin bildirdiyinə görə, hərbi potensialın möhkəmləndirilməsindən əlavə, "Hizbullah" rəhbərlik strukturunun bərpasına və təşkilatın ali komandanlıq heyətinin reabilitasiyasına xüsusi diqqət ayırır.
Bu məlumatlar "Reuters"in bu ayın əvvəlində dərc etdiyi materialı tamamlayır. Həmin materialda Tehranın təşkilata hərbi imkanlarını bərpa etmək üçün təxminən 200 milyon dollar göndərdiyi bildirilirdi.
QAZİLER.AZ

