Moskvada Üçüncü Nəqliyyat Halqası hüdudlarında 27-29 oktyabr tarixlərində mobil internetin fəaliyyətinə məhdudiyyətlər tətbiq edilə bilər.
Qaziler.az xəbər verir ki, bu barədə Rusiyanın Rəqəmsal İnkişaf Nazirliyindən məlumat verilib.
Qeyd olunur ki, məhdudiyyətlər oktyabrın 27-si və 28-də saat 11:30-dan etibarən gün ərzində, oktyabrın 29-da isə saat 9:30-dan başlayaraq yenə gün ərzində qüvvədə olacaq.
"Bu tədbir Qaz İxrac Edən Ölkələrin Forumunun üzvü olan dövlət və hökumət başçılarının sammiti və üçüncü Rusiya–Afrika sammiti zamanı təhlükəsizliyin təmin edilməsi ilə bağlıdır", — deyə məlumatda bildirilib.
Nazirlik əlavə edib ki, ağ siyahıya daxil edilmiş xidmətlər və ev interneti normal rejimdə işləyəcək.
QAZİLER.AZ

