Ukraynada səfərbərlik 21-ci dəfə uzadıldı

Ukraynada səfərbərlik 21-ci dəfə uzadıldı backend

Ukrayna Prezidenti Volodimir Zelenski ölkədə səfərbərlik və hərbi vəziyyətin müddətini daha 90 gün, yəni 29 yanvar 2027-ci ilə qədər uzadıb.

Qaziler.az “Reuters”ə istinadla xəbər verir ki, müvafiq fərmanlar Ukrayna dövlət başçısının saytında dərc olunub.

Zelenski fərmanları 26 oktyabrda imzalayıb. Bununla da Ukraynada hərbi vəziyyət və səfərbərlik artıq 21-ci dəfədir ki, uzadılır.

Oktyabrın 26-da Ukraynada hərbi vəziyyətin və səfərbərliyin uzadılması barədə qərarı Ali Rada qəbul edib, qanun layihəsini isə parlamentə Zelenski təqdim edib.

Qeyd edək ki, buna qədər Ukrayna lideri hərbi vəziyyət və səfərbərliyin müddətini iyul ayında uzatmışdı.

QAZİLER.AZ