Moldova və Ukrayna hərbi-texniki sahədə, təhlükəsizlik və hava məkanının pilotsuz uçuş aparatlarından müdafiəsi mövzusunda təcrübə mübadiləsi haqqında razılaşma imzalayıblar.
Qaziler.az TASS agentliyinə istinadla xəbər verir ki, bu barədə Moldovanın Baş naziri Vasile Tofa Kiyevə səfəri çərçivəsində bəyan edib.
Sənədi müdafiə nazirləri Anatoli Nosatıy və Yevgeni Xmara imzalayıblar. Moldova hökumətinin başçısı xüsusilə vurğulayıb ki, bu addım respublikanın konstitusiya neytrallığını pozmur.
"Neytrallıq o demək deyil ki, biz müdafiəsiz qalmalıyıq. Bizim borcumuz vətəndaşlarımızın sülhünü və təhlükəsizliyini qorumaqdır", — deyə Tofa bildirib.
QAZİLER.AZ

