Kreml: Moskva Serbiya ilə tərəfdaşlığın davam edəcəyinə ümid edir

Kreml: Moskva Serbiya ilə tərəfdaşlığın davam edəcəyinə ümid edir backend

Moskva Serbiyada hakimiyyətə gələcək yeni siyasi qüvvənin Rusiya ilə əməkdaşlığın rəsmi Belqrad üçün faydalı olduğunu başa düşəcəyinə ümid bəsləyir.

Qaziler.az "RİA Novosti"yə istinadən bildirir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə deyib. 

"Rusiya ilə əməkdaşlıq Serbiyanın maraqlarına tam cavab verir, çünki bu tərəfdaşlıq ilk növbədə Serbiyaya fayda gətirir və onun üçün qazanclıdır", — deyə Kreml rəsmisi vurğulayib.

Peskov qeyd edib ki, Rusiya Serbiya ilə münasibətlərin inkişafına bundan sonra da töhfə vermək niyyətindədir, lakin "tanqo üçün iki nəfər lazımdır". O, həmçinin ümidvar olduğunu bildirib ki, Serbiyanın keçmiş prezidenti Aleksandar Vuçiç müxalifətdə olsa belə, iki ölkə arasında əlaqələrin möhkəmlənməsinə öz töhfəsini verməkdə davam edəcək.

"Biz Serbiyada keçirilmiş seçkilərin nəticələrini qeydə alırıq. Vuçiçin ikitərəfli münasibətlərimizin inkişafına verdiyi töhfəni yüksək qiymətləndiririk", — deyə Peskov əlavə edib.

QAZİLER.AZ