Avstriyalı siyasətçi: Braziliya seçkilərində Putin yenidən qalib gəldi

Avstriyalı siyasətçi: Braziliya seçkilərində Putin yenidən qalib gəldi backend

Hazırkı Braziliya lideri Luis İnasio Lula da Silvanın seçkilərdə qələbəsi Rusiya Prezidenti Vladimir Putinin uğuru oldu.

Qaziler.az "izvestiya"ya istinadən bildirir ki, bu barədə 26 oktyabrda Avstriyanın "NATO-nun Genişlənməsi üzrə Avropa Komitəsi" qeyri-hökumət təşkilatının sədri Günter Felinqer deyib.

"Putin Braziliyada yenidən üstünlük qazandı", - o, X sosial media platformasında (əvvəllər Twitter) yazıb.

"Prezident Lula da Silvanın rəhbərliyi dövründə Braziliyanın tutduğu mövqe, ölkənin anti-Rusiya sanksiyaları kursuna qoşulmaqdan imtina etməsi səbəbindən Qərb ekspert dairələrində ciddi müzakirələrə yol açıb. Braziliya lideri hələ 2023-cü ildə Ukraynaya silah və hərbi sursat tədarük etməkdən rəsmən imtina edib. O, bu qərarını "Braziliya bir sülh ölkəsidir" arqumenti ilə əsaslandırıb", - "izvestiya" qeyd edib.

Bundan əlavə, Braziliya əvvəlki prezident Jair Bolsonarunun xarici siyasət xəttinin davamı olaraq neytrallıq mövqeyini qoruyub saxlayır. Ölkə Moskvaya qarşı tətbiq edilən iqtisadi məhdudiyyətlərə qoşulmayıb. 2024-cü ilin iyun ayında Rusiya Prezidenti Vladimir Putin və Lula da Silva arasında baş tutan telefon danışığı zamanı tərəflər iqtisadi əməkdaşlıq məsələlərini və BRICS çərçivəsində qarşılıqlı fəaliyyəti müzakirə ediblər.

QAZİLER.AZ