Türk ordusundan savaş HESABATI: Cizrə, Sur və Silopidə 261 terrorçu öldürülüb

Türk ordusundan savaş HESABATI: Cizrə, Sur və Silopidə 261 terrorçu öldürülüb backend

Bu barədə məlumatı Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı yayıb. Türkiyənin Cizrə, Sur və Silopi bölgələrində bu günədək 261 PKK terrorçusu öldürülüb.


APA-nın “Anadolu” agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə məlumatı Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı yayıb.

Şırnakın Cizrə rayonunda davam edən əməliyyat zamanı 3 terrorçu zərərsizləşdirilib, 3 təşkilat mənsubu isə sağ ələ keçirilib. Sözügedən bölgədə öldürülən terrorçuların sayı 179-a çatıb.

Silopidə aparılan əməliyyatda isə 5 terrorçu zərərsizləşdirilib. Silopidə məhv edilən terrorçuların ümumi sayı 27 olub.

Diyarbəkir Sur rayonunda dünən keçirilən əməliyyatda bir terrorçu zərərsizləşdirilib, üç barrikada məhv edilib. Əməliyyatlarda 55 PKK terrorçusu zərərsizləşdirilib.