Polşaya 5 min ABŞ hərbçisi və ailələri gəlir – 4 milyardlıq layihə

Polşaya 5 min ABŞ hərbçisi və ailələri gəlir – 4 milyardlıq layihə backend

Polşa ölkədə daimi ABŞ hərbi bazasının inşasına təxminən 3,8 milyard dollar xərcləməyi planlaşdırır.

Qaziler.az xəbər verir ki, WNP.pl portalının məlumatına görə, bunu Polşanın müdafiə naziri Vladislav Kosinyak-Kamış bəyan edib. Onun sözlərinə görə, Varşava artıq meydançaları hazırlayıb və infrastrukturun tikintisinə başlamağa, həmçinin maliyyə cəlb etməyə hazırdır.

Nazir bu cür investisiyaları böyük, lakin potensial olaraq faydalı adlandırıb. O izah edib ki, obyekt təkcə sırf hərbi infrastrukturun inkişafını tələb etməyəcək. Təxminən 5000 hərbçinin, onların ailələri və işçilərinin daimi iştirakı nəzərə alınmaqla, təxminən 25000 nəfər üçün mənzil və obyektlər lazım olacaq.

Hazırda Polşa tərəfi ABŞ-nin qərarını gözləyir. Müvafiq sənədlər noyabrda Pentaqona göndərilməlidir, Ağ Evin yekun cavabı isə dekabrda gözlənilir.

QAZİLER.AZ