Birləşmiş Ərəb Əmirliklərinin İqlim Dəyişikliyi və Ətraf Mühit Nazirliyi tankerdən sızan neftin Ümm əl-Quveyn çimərliklərinə təsir göstərdiyini bəyan edib.
Qaziler.az xəbər verir ki, bu barədə yerli media orqanları məlumat yayıb.
Hakimiyyət orqanları fəsadları qiymətləndirən və lazımi tədbirləri görənə qədər bütün çimərliklər və sahilyanı zonalar bağlı qalacaq.
Nazirlik Ümm əl-Quveyn, Şarja və Əcmanda qeydə alınan qeyri-adi qoxuların məhz neft sızması ilə bağlı olduğunu, lakin sakinlərin sağlamlığı üçün təhlükə yaratmadığını bildirib.
Rəsmi qurumlar zərər çəkmiş ərazilərdən uzaq durmağı və rəsmi təlimatlara əməl etməyi qətiyyətlə tövsiyə edib.
QAZİLER.AZ

