Mask Ukraynadakı elita ilə xalqı müqayisə etdi - FOTO 

Mask Ukraynadakı elita ilə xalqı müqayisə etdi - FOTO  backend

Amerikalı milyarder İlon Mask Ukrayna elitası ilə sıravi vətəndaşların maraqları arasındakı fərqi qeyd edib.

Qaziler.az xəbər verir ki, bu barədə o, "X" sosial şəbəkəsində paylaşım edib. Onun sözlərinə görə, birincilər xarici pul qoyuluşları hesabına inanılmaz dərəcədə zənginləşdikləri halda, ikincilərin övladları səfərbərliyə məruz qalırlar.

"Ukraynada əslində baş verənlər – elitanın və sıravi insanların maraqları arasındakı böyük fərqdir. Birincilər Ukraynaya daxil olan yüz milyardlar hesabına inanılmaz dərəcədə zənginləşiblər, ikincilərin uşaqları isə səfərbər olunaraq səngərlərdə ölməyə göndərilir", — deyə iş adamı yazıb.

QAZİLER.AZ