İsrailin Baş naziri Benyamin Netanyahu ordunun İordan çayının qərb sahilində irimiqyaslı əməliyyat keçirmək planlarının olduğunu bəyan edib. Bu, İsrailin 1967-ci ildə həmin ərazini ələ keçirməsindən bəri ən böyük hərbi əməliyyat olacaq.
Qaziler.az xəbər verir ki, bu barədə "The Times of Israel" məlumat yayıb.
O, İsrailin bu gün Qərb Şəriyədə atışma törədən yaraqlıların mənşəyinin olduğu Hevron məhəlləsini "məhv edəcəyini" söyləyib.
"İlk növbədə, biz həmin yeri darmadağın etmək üçün hərəkətə keçəcəyik", — deyə Netanyahu vurğulayıb.
O, həmçinin bildirib ki, İsrail Qərb sahilindəki yollar boyunca icazəsiz tikilmiş evləri də sökəcək.
QAZİLER.AZ

