ABŞ-də Ukrayna səfirliyi ətrafında hərəkət məhdudlaşdırılıb

ABŞ-də Ukrayna səfirliyi ətrafında hərəkət məhdudlaşdırılıb backend

Vaşinqtonda hüquq-mühafizə orqanları diplomatik missiyanın yerləşdiyi ərazidə tapılan şübhəli əşya səbəbindən Ukrayna səfirliyinin ətrafındakı yolları bağlayıb.

Qaziler.az xəbər evrir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.

Qeyd olunub ki, hadisə yerində polisin partlayıcı qurğuların zərərsizləşdirilməsi üzrə bölməsi işləyir. İstintaq işləri davam edir.

Hüquq-mühafizə orqanları insanları bu rayondan uzaq durmağa çağırıb.

Sonradan məlum olub ki, polislər qoyulmuş məhdudiyyətləri tamamilə götürüblər və Ukrayna səfirliyinin ətrafında hərəkət tamamilə bərpa olunub.

QAZİLER.AZ