ABŞ Prezidenti Donald Tramp Ukraynanın "Starlink" peyk rabitəsi sisteminə və onun hərbi versiyası olan "Starshield"ə çıxışını bərpa etmək üçün Amerikanın "SpaceX" şirkətinin rəhbəri İlon Maskla danışıqlar aparmağa hazırdır.
Qaziler.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
"Mən onunla danışmamışam. Ola bilsin ki, bunu etməli olacağam, amma hələ ki etməmişəm. Eşitdim ki, məsələ həll olunub", — deyə Tramp bildirib.
Prezident əlavə edib ki, əgər vəziyyət düzəlməyibsə, o, Maskla mütləq danışacaq.
Qeyd edək ki, Tramp daha əvvəl Ukraynanın "Starshield" sisteminə çıxışını məhdudlaşdırmadığını bəyan etmiş və "SpaceX" rəhbəri İlon Maskın da bunu etmədiyinə inandığını bildirmişdi. Lakin "The Telegraph"ın mənbələri Ukrayna Silahlı Qüvvələrinin peyk rabitəsində yaranan problemlərdə hər ikisinin əli olduğunu iddia etmişdi.
QAZİLER.AZ

