İtaliyanın Pordenone şəhərində ata dördyaşlı oğlunun ardınca ikinci mərtəbədən aşağı tullanıb və onu havada tutub. Bu zaman ata yıxılarkən öz bədəni ilə övladını qoruyub.
Qaziler.az xəbər verir ki, bu barədə "Adnkronos" nəşri yazır.
Ata uşağın eyvandan aşağı tullanmaq üçün qaçdığını görüb. Uşağı saxlamaq artıq çox gec olub. Ata özünün də yıxılacağını bilə-bilə onun ardınca atılıb. O, həyətdə park edilmiş köhnə minik avtomobilinin üzərinə birlikdə çırpılmazdan əvvəl oğlunu havada tutmağı və özünə sıxmağı bacarıb.
Hər ikisi xəstəxanaya aparılsa da, növbəti gün evə buraxılıblar. Onlardan heç biri xəsarət almayıb. Ən çox zərər çəkən isə avtomobil olub, onun şüşələri sınıb.
“Ata saniyənin mində biri qədər qısa müddətdə əsas instinktlərdən birini – öz həyatı üçün qorxu və ağrı hissindən ibarət olan özünüqoruma instinktini yenməyi bacarıb”, - həkim durumu şərh edəkən bildirib.
QAZİLER.AZ

