Gerasimov Xerson istiqamətində atəşkəs elan etdi

Gerasimov Xerson istiqamətində atəşkəs elan etdi backend

Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeriy Gerasimov, Xerson vilayətinin Oleşki şəhəri yaxınlığında keçiriləcək humanitar əməliyyatla əlaqədar oktyabrın 27-si Moskva vaxtı ilə saat 04:00-dan etibarən Xerson istiqamətində "sükut rejimi" elan ediləcəyini bildirib.

Qaziler.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi "Maks" sosial şəbəkəsində məlumat yayıb.

"İnsanların təhlükəsizliyini təmin etmək və sosial əhəmiyyətli yükləri çatdırmaq üçün mühəndis kəşfiyyatı təşkil olunacaq və humanitar kolonun Xerson vilayətinin Oleşki yaşayış məntəqəsinə təhlükəsiz hərəkəti təmin ediləcək", - Gerasimov əlavə edib.

Xatırladaq ki, oktyabrın 23-də Ağ Ev Rusiya və Ukraynanın Xerson vilayətinin Oleşki şəhərindən dinc sakinlərin təxliyə edilməsi üçün atəşkəsə razılıq verdiyini açıqlamışdı. Mətbuat xidmətinin bəyanatına görə, bu atəşkəsə ABŞ-nin birinci xanımı Melaniya Trampın səyləri nəticəsində nail olunub.

QAZİLER.AZ