Rusiya və Ukrayna Oleşkidə müvəqqəti atəşkəsə razılaşdı - Melaniya Trampın vasitəçiliyi ilə

Rusiya və Ukrayna Oleşkidə müvəqqəti atəşkəsə razılaşdı - Melaniya Trampın vasitəçiliyi ilə backend

ABŞ-nin birinci xanımı Melaniya Trampın səyləri nəticəsində Rusiya və Ukrayna arasında Rusiyanın nəzarətində olan Oleşki şəhərində müvəqqəti atəşkəs barədə razılıq əldə olunub.

Qaziler.az xəbər verir ki, bu barədə Ağ Ev məlumat yayıb.

Bildirilib ki, oktyabrın 29-da qüvvəyə minəcək atəşkəs humanitar yardımın şəhərə çatdırılmasına və mülki əhalinin təhlükəsiz təxliyəsinə şərait yaratmaq məqsədi daşıyır.

“Hər iki ölkə humanitar yardımın çatdırılması və müəyyən edilmiş təhlükəsiz dəhliz vasitəsilə mülki əhalinin təxliyəsinə hazırlıq üçün Oleşkidə bütün hərbi əməliyyatları müvəqqəti dayandırmağa razılaşıb”, – deyə Ağ Evin bəyanatında qeyd olunub.