İordaniyanın Əl-Kərək şəhərində kilsənin qarşısında keçirilən dəfn mərasiminə silahlı hücum edilib.
Qaziler.az bildirir ki, "Al Arabiya" telekanalının məlumatına görə, şəxsiyyəti məlum olmayan iki nəfərin atəş açması nəticəsində ən azı 7 nəfər həyatını itirib, çoxlu sayda insan isə yaralanıb.
İordaniya rəsmi dövlət televiziyasına danışan mənbə bildirib ki, hadisə "Hammoud" kilsəsində qeydə alınıb.
Silahlı basqın zamanı ölənlərlə yanaşı, təxminən 10 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılardan bəzilərinin vəziyyətinin ağır olduğu bildirilir.
Hadisə yerinə təhlükəsizlik qüvvələri cəlb olunub və hücum edən şəxslərin tapılması istiqamətində əməliyyat başladılıb.
QAZİLER.AZ

