Danimarkadan Ukraynaya təcili HƏRBİ YARDIM

Danimarkadan Ukraynaya təcili HƏRBİ YARDIM backend

Danimarka sürətləndirilmiş qaydada Ukraynaya "F-16" qırıcılarının göyərtə topları üçün 50 mindən çox döyüş sursatı təhvil verib.

Qaziler.az bildirir ki, bu barədə oktyabrın 23-də Ukrayna Müdafiə Nazirliyi öz rəsmi "Facebook" səhifəsində məlumat yayıb.

"Danimarka təcili rejimdə Ukraynaya 'F-16" qırıcılarınının istifadə olunmaq üçün 20 mm kalibrli 50 mindən çox döyüş sursatı verib. Ukraynalı pilotlar artıq onlardan aktiv şəkildə istifadə edirlər", - nazirliyin yaydığı rəsmi bəyanatda bildirilir.

Qurumun məlumatına görə, tədarük edilən mərmilərdən hazırda reaktiv zərbə pilotsuz uçuş aparatlarının (PUA) qarşısının alınması və havada məhv edilməsi məqsədilə istifadə olunur. Ukrayna Müdafiə Nazirliyi "F-16" qırıcılarını bu növ hava hədəfləri ilə mübarizədə ən effektiv vasitələrdən biri adlandırıb.

QAZİLER.AZ