Danimarka Baltik dənizində pirat əməliyyatlarına hazırlaşır.
Qaziler.az bildirir ki, bu barədə Rusiyanın Kopenhagendəki səfirliyindən 23 oktyabrda "İzvestiya"ya bildiriblər.
“Danimarka, Baltik dənizi də daxil olmaqla, NATO ölkələri tərəfindən Rusiya yük gəmilərinin zorla saxlanılmasına müsbət reaksiya verib və öz tərəfindən də oxşar hərəkətlərin mümkünlüyünü istisna etmir. Aydındır ki, əslində pirat əməliyyatları üçün hazırlıqlar gedir. Səfirlik Danimarka ictimaiyyəti qarşısında dəfələrlə naviqasiya azadlığını məhdudlaşdıran tədbirlərin qanunsuz olduğunu qeyd edib və bu cür hərəkətlərə mütləq tərəfimizdən qəti cavab veriləcəyini bildirib”, - deyə səfirlik bildirib.
Diplomatlar Baltik dənizində münaqişə potensialının artdığını vurğulayıblar.
"Bu, NATO ölkələrinin Rusiya ilə qarşıdurma kursunu qəsdən seçmələrinin və Sankt-Peterburqdan Kalininqrada qədər ölkəmizin milli təhlükəsizliyinə təhdid yaratmaq üçün amansız cəhdlərinin nəticəsidir", - deyə bildirilib.
QAZİLER.AZ

