Rubio: Ukrayna münaqişəsi yalnız danışıqlar yolu ilə həll edilə bilər

Rubio: Ukrayna münaqişəsi yalnız danışıqlar yolu ilə həll edilə bilər backend

“Ukraynada münaqişəni yalnız danışıqlar yolu ilə həll etmək mümkündür. ABŞ tərəflər arasında vasitəçilik etməyə hazırdır”.

Qaziler.az xəbər verir ki, bunu ABŞ dövlət katibi Marko Rubio bildirib.

Onun sözlərinə görə, prezident Donald Tramp münaqişənin həllinə böyük diqqət yetirir və ABŞ rəsmiləri tərəflər arasındakı fikir ayrılıqlarını aradan qaldırmaq yollarını axtarırlar.

Rubio qeyd edib ki, tərəflərin danışıqlar masası arxasına əyləşməsi problemin həlli üçün zəruri şərtdir. O vurğulayıb ki, münaqişəni hərbi yolla həll etmək mümkün deyil və müharibəyə yalnız diplomatik vasitələrlə son qoyula bilər.

Dövlət katibi onu da əlavə edib ki, əsas məqsəd hər iki tərəfin müəyyən güzəştlərə getdiyi və qarşılıqlı fayda əldə etdiyi yolu tapmaqdır.