ABŞ müharibəyə son qoya bilər - Zelenski

ABŞ müharibəyə son qoya bilər - Zelenski backend

ABŞ Rusiyanı Ukraynaya qarşı müharibəsini dayandırmağa məcbur edə bilər. Daha əvvəl ABŞ prezidenti Donald Trampın G20 sammitində sülh müqaviləsi imzalamağı düşündüyü bildirilmişdi.

Qaziler.az-ın Novosti.LIVE-yə istinadən verdiyi məlumata görə, bu barədə Ukrayna prezidenti Volodimir Zelenski bildirib.

Zelenski qeyd edib ki, Ukrayna Rusiyanın Ukraynaya qarşı müharibəsinə son qoymaq üçün ABŞ-ın vasitəçiliyinə ümid edir. Lakin əvvəlcə müharibənin qaynar mərhələsi dayandırılmalı, sonra təhlükəsizlik zəmanətləri və sülh üçün digər şərtlər müzakirə olunmalıdır.

Zelenski Ukraynanın Floridada keçiriləcək görüşə qoşulmağa hazır olduğunu deyir. Bunun üçün Trampın G20 sammiti zamanı müvafiq formata dəvəti lazımdır.

"Biz hələ belə bir siqnal almamışıq. Biz buna ümid edirik", - deyə dövlət başçısı əlavə edib.

QAZİLER.AZ