Mozzarella pendirinə görə İtaliya hökuməti təcili iclas çağırdı

Mozzarella pendirinə görə İtaliya hökuməti təcili iclas çağırdı backend

İtaliyanın cənubunda yük avtomobili sürücülərinin tətili camış südündən hazırlanan məşhur mozzarella pendirinin istehsalını dayandırıb.

Qaziler.az "Associated Press" agentliyinə istinadla yazır ki, sözügedən pendir sahəsi bir sutka ərzində təxminən 3 milyon avro itirib.

Etiraz aksiyası artıq bir həftədir davam edir. Yük maşını sürücüləri dizel yanacağının baha olmasından narazıdırlar. Bu səbəbdən süd Neapol yaxınlığındakı pendir zavodlarına vaxtında çatmır, hazır mozzarella isə alıcılara çatdırıla bilmir. Tətil həmçinin mağazalara ərzaq tədarükünü pozub və ölkənin cənubundakı bir çox yanacaqdoldurma məntəqələrini yanacaqsız qoyub.

Ən çox zərər çəkən məhz mozzarella istehsalı olub, çünki bu məhsul çox dəqiq tədarük zənciri tələb edir. Camışlar hər gün sağılır və qaydalara görə, süd 60 saat ərzində pendirə çevrilməlidir. Fermerlər təzə südü uzun müddət saxlaya bilmirlər, buna görə də onun bir hissəsini heyvanlara vermək məcburiyyətində qalırlar. Pendir zavodları da tez xarab olan məhsulu toplaya bilmədiyi üçün fəaliyyətini dayandırıb.

Bu hadisələrin fonunda Ciorcia Meloninin rəhbərlik etdiyi İtaliya hökuməti nəqliyyat və kənd təsərrüfatına yardım tədbirlərini müzakirə etmək üçün nazirlər kabinetinin təcili iclasını çağırıb.

QAZİLER.AZ