Fransa hakimiyyəti ölkədə yenidən kütləvi etirazların keçiriləcəyi oktyabrın 24-də növbətçilik üçün hüquq-mühafizə orqanlarının əməkdaşlarını məzuniyyətdən çağırıb.
Qaziler.az xəbər verir ki, bu barədə cümə axşamı Fransanın Daxili İşlər Nazirliyinin nümayəndəsi Jan-Didye Berje bəyan edib.
Bundan əvvəl Fransanın Baş naziri Sebastyan Lekornyu söz verib ki, hakimiyyət oktyabrın 24-də keçiriləcək manifestasiyalarda polislərin sayını artıracaq və bu artım genişmiqyaslı olacaq.
"Marianne" nəşri isə Paris polisinin ehtiyatda olan hərbçiləri (rezervistləri) təcili olaraq növbətçiliyə çağırdığını xəbər verib.
"Biz məzuniyyətləri ləğv etdik. Məzuniyyətdə olmalı olan insanları geri çağırdıq", — Berje "BFMTV" telekanalına müsahibəsində bildirib.
Onun sözlərinə görə, şənbə günü asayişi qoruyacaq hüquq-mühafizə orqanları əməkdaşlarının sayı oktyabrın 17-də keçirilən əvvəlki etirazlarla müqayisədə 20% artacaq. Nazir həmçinin xatırladıb ki, asayiş qüvvələrinə dəstək məqsədilə hərbçilər, eləcə də polis və jandarmeriyanın xüsusi təyinatlı dəstələri cəlb olunacaq.
Xatırladaq ki, Fransada etirazlar sentyabrın ortalarında, Paris ətrafındakı məktəblərin vəziyyətinin yaxşılaşdırılmasını tələb edən yuxarı sinif şagirdlərinin küçələrə çıxması ilə başlayıb. Sonradan onlara ölkədəki qiymət artımından narazı olanlar da qoşulub və aksiyalar digər regionlara yayılıb.
QAZİLER.AZ

