Arizona ştatına qolf topu böyüklüyündə dolu düşdü - VİDEO

Arizona ştatına qolf topu böyüklüyündə dolu düşdü - VİDEO backend

ABŞ-nin Arizona ştatının şimal və mərkəzi hissəsinə qolf topu böyüklüyündə dolu düşüb.

Qaziler.az xəbər verir ki, bu barədə "Associated Press" (AP) agentliyi məlumat yayıb.

Məlumata görə, güclü dolu və külək nəticəsində hündürlüyü 9 metrə çatan onlarla irigövdəli ağac aşıb. Dolu avtomobillərə və evlərin pəncərələrinə ziyan vurub, binaların dam örtükləri zədələnib.

ABŞ Milli Meteorologiya Xidmətinin nümayəndəsi Rayan Bernhart qeyd edib ki, bu cür hava hadisələri ilin bu vaxtında həmin region üçün son dərəcə qeyri-addidir. O, tornado yaranma riskinin yüksək olduğu barədə xəbərdarlıq edib.

Ştatda 2010-cu ildən bəri ilk dəfə olaraq mümkün tornado təhlükəsi barədə xəbərdarlıq elan olunub.

Həmçinin leysan yağışları və qəfil daşqınlar riski barədə də məlumat verilib.

QAZİLER.AZ