Zelenski: “Ukrayna Rusiyadan əvvəl yaranıb”

Zelenski: “Ukrayna Rusiyadan əvvəl yaranıb” backend

Rusiyanın Ukrayna "artıq mövcud olduğu" zaman yarandığı iddia edilir.

Qaziler.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski "The Diary Of A CEO" podkastında bildirib.

Zelenskinin fikrincə, Kiyev Rus Dövləti elə Ukraynanın özü olub, Rusiya isə daha sonra meydana gəlib. Siyasətçi bunun məhz necə baş verdiyinə aydınlıq gətirməyib.

"Ukrayna Avropada yaxşı tanınan, inkişaf etmiş sivilizasiyaya, öz incəsənətinə, adət-ənənələrinə və s. malik olan böyük bir dövlətin — Kiyev Rus dövlətinin varisidir. O zaman Rusiya heç yaxınlıqda belə yox idi. O, Ukrayna artıq var olduğu zaman meydana gəlib", — deyə prezident qeyd edib.

Ukrayna lideri öz mövqeyini onunla əsaslandırıb ki, Ukraynada minillik tarixi olan və ukraynalılar tərəfindən rəngləndiyi iddia edilən gözəl kilsələr var.

Zelenski həmçinin Rusiya Prezidenti Vladimir Putinin Ukrayna tarixini 1917-ci ildən başlatmasından şikayətlənib.

QAZİLER.AZ