İran müharibə başlasa, vurulacaq əsas hədəfləri açıqladı

İran müharibə başlasa, vurulacaq əsas hədəfləri açıqladı backend

Münaqişə bərpa olunacağı təqdirdə, ABŞ-nin Yaxın Şərqdəki rabitə kabelləri, data mərkəzləri və süni intellekt (Sİ) infrastruktur obyektləri İranın hədəf zonasına düşə bilər.

Qaziler.az xəbər verir ki, bu barədə İranın Milli Təhlükəsizlik Ali Şurasının katibi Möhsün Rezayi "Drop Site" nəşrinə müsahibəsində bildirib.

"Birləşmiş Ştatların regionda dəyərli aktivləri var. Müharibə baş verəcəyi təqdirdə kabellər, data mərkəzləri və süni intellekt obyektləri də vurulma zonasında ola bilər. Əgər münaqişə yenidən başlasa, bizim daha genişmiqyaslı planımız olacaq", — deyə Rezayi qeyd edib.

Rezayi vurğulayıb ki, Tehran raket və dronların tətbiqi ilə əməliyyatları davam etdirmək üçün hələ də lazımi potensiala malikdir.

QAZİLER.AZ