Rusiyanın genişmiqyaslı işğala başlayacağına inanmırdım - Zelenski

Rusiyanın genişmiqyaslı işğala başlayacağına inanmırdım - Zelenski backend

Ukraynaya qarşı genişmiqyaslı müharibənin baş verə biləcəyinə inanmırdım.

Qaziler.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski xarici mediaya müsahibəsində deyib.

O, buna baxmayaraq, işğalın həyata keçdiyini etiraf edib.

Zelenski ABŞ-nin keçmiş prezidenti Co Baydenin müharibədən əvvəl Rusiyaya sanksiya tətbiq etməkdən imtina etməsinə də toxunub.

“Biz amerikalılara dedik, əgər bunun müharibə olduğuna inanırsınızsa, bizə təcili olaraq silah verin. Amma bizə heç kim heç nə vermədi. Mən Prezident Baydendən xahiş etdim ki, müharibədən əvvəl qabaqlayıcı tədbir kimi, Rusiyaya sanksiya tətbiq etsin. O isə mənə cavabında hücumdan sonra sanksiya tətbiq edəcəyik dedi. Mən Tanrı deyiləm ki, bunu mühakimə edim. Amma düşünürəm ki, bu hərəkət səhv idi”,- Zelenski bildirib.

Ukrayna Prezidenti özünün Kiyevdən təxliyəsi məsələsi ilə bağlı da danışıb.

Zelenskinin sözlərinə görə Bayden ondan təxliyə olunmağı xahiş edib: “O dedi ki, biz sənə təxliyə edilməkdə kömək etməyə hazırıq. Kiyev mühasirəyə alınıb, biz sənə və ailənə kömək etməyə hazırıq. Mən isə cavabında dedim ki, mənə silah lazımdır, təxliyə yox”.

Ukrayna lideri Rusiyanın onun təxliyəsi ilə bağlı çoxlu iddialar yaydığını qeyd edib.

“Onların ideyası bu idi ki, əgər lider ölkədən qaçsa, xalq da qaçacaq. Onlar mənim qaçmağımı istəyirdilər. Mən Kiyevi, xalqı, ofisimi tərk edə bilməzdim. Bu mümkün deyildi. Bu, özümə və Ukrayna Konstitusiyasına qarşı xəyanət olardı”.

APA