“İranla heç bir danışıqlar aparmırıq” - Tramp

“İranla heç bir danışıqlar aparmırıq” - Tramp backend

ABŞ münaqişənin nizamlanması üçün İranla danışıqlar aparmır.

Qaziler.az “Reuters”ə istinadla xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp açıqlama verib.

"Xeyr, zənnimcə, biz onlarla heç bir danışıqlar aparmırıq", — deyə o, müvafiq suala cavab verərkən bildirib.

Ağ Ev rəhbəri əlavə edib ki, ABŞ-nin İranla münaqişəsi tezliklə "bu və ya digər şəkildə" həll olunacaq.

Qeyd edək ki, oktyabrın 21-də "Financial Times" qəzeti öz mənbələrinə istinadən İsrailin Baş naziri Benyamin Netanyahunun Birləşmiş Ştatlarla məsləhətləşmələr çərçivəsində İrana qarşı hərbi əməliyyatların bərpa olunmasında israr etdiyini xəbər verib.

QAZİLER.AZ