Yaxın Şərqdəki ABŞ hərbi bazaları boşaldılır

Yaxın Şərqdəki ABŞ hərbi bazaları boşaldılır backend

ABŞ İordaniya, Qətər və Küveytdəki bazalarından hərbi heyətini təcili qaydada təxliyə edir.

Qaziler.az xəbər verir ki, bu barədə mənbəyə istinadən "NBC News" telekanalı məlumat yayıb.

"Amerika hərbçiləri Yaxın Şərqdəki bazalarında hərbi mövcudluğunu tədricən azaldır, Dövlət Departamenti isə regiondakı diplomatik nümayəndəliklərin ştatının daha da ixtisar edilməsi barədə göstəriş verib", — məlumatda qeyd olunub.

Bundan başqa, ABŞ Səudiyyə Ərəbistanından da diplomatlarını təxliyə edir.

"The Wall Street Journal"ın məlumatına görə, ABŞ İrana qarşı mümkün zərbə variantları hazırlayır. Hazırda Vaşinqton regiona daha bir desant gəmisi göndərir və qoşunların bir hissəsini risk zonasında olan bazalardan çıxarır, çünki İran və Yəmən husiləri Fars körfəzindəki Amerika müttəfiqlərini təhdid edirlər.

QAZİLER.AZ