"Trampın ana bombası varsa, bizim nənə bombamız var" - İran rəsmisi

"Trampın ana bombası varsa, bizim nənə bombamız var" - İran rəsmisi backend

"Əgər ABŞ-nin ana bombası varsa, bizim nənə bombamız var".

Qaziler.az "Azad İran" teleqram kanalına istinadla xəbər verir ki, bu fikirləri İranın daxili işlər nazirinin müavini Əli Zeynivənd bu gün mətbuat konfransında ABŞ prezidenti Donald Trampın "İrana qarşı bütün bombaların anasından istifadə etmək" hədələrinə cavab olaraq səsləndirib. 

Bundan əvvəl də prezident Məsud Pezeşkianın müdafiə və hərbi işlər üzrə müavini Məcid İbn ər-Rza amerikalılara ünvanladığı müraciətdə bu ölkənin bombalarının adının və ölçülərinin əhəmiyyətsiz olduğunu bildirmiş və iddia etmişdi ki, bunlardan istifadənin fəsadları ABŞ-nin qlobal nüfuzuna və iqtisadiyyatına zərbə vuracaq.