Stubb Ukrayna ilə bağlı əsas hədəfi açıqladı

Stubb Ukrayna ilə bağlı əsas hədəfi açıqladı backend

Finlandiya Prezidenti Aleksandr Stubb sülh tənzimlənməsi məsələsində Avropanın əsas məqsədlərindən birinin ərazi məsələsi üzrə Rusiya, Ukrayna və ABŞ arasında üçtərəfli danışıqların təşkili olduğunu bildirib.

Qaziler.az xəbər verir ki, onun sözlərini "Yle" nəşri sitat gətirib.

"Mərkəzində mürəkkəb ərazi məsələsinin dayanacağı ikitərəfli və ya üçtərəfli danışıqların keçirilməsi zəruridir", — deyə Stubb bəyan edib.

Finlandiya prezidenti yaxın zamanlarda "istəklilər koalisiyası"nın Ukrayna üçün yeni hərbi yardım paketi hazırlayacağına ümid etdiyini bildirib. Bu yardım HHM (Hava Hücumundan Müdafiə) vasitələrini, enerji infrastrukturunun dəstəklənməsini, həmçinin əlavə maliyyələşməni əhatə edəcək.

Stubb, həmçinin xüsusi olaraq qeyd edib ki, Donald Trampın Ağ Evə qayıdışından sonra Avropa ilə ABŞ arasındakı münasibətlər dəyişib. Bununla belə, o, Vaşinqtonla hərbi, diplomatik və inzibati sahələrdə əlaqələrin qorunub saxlanılmasının vacibliyini vurğulayıb.

QAZİLER.AZ