Uitkoff Putinlə danışıqların pərdəarxasından danışdı

Uitkoff Putinlə danışıqların pərdəarxasından danışdı backend

ABŞ liderinin xüsusi nümayəndəsi Stiv Uitkoff Rusiya Prezidenti Vladimir Putinlə Sankt-Peterburqda keçirilən danışıqları konstruktiv adlandırıb.

Qaziler.az xəbər verir ki, bu barədə o, "X" sosial şəbəkəsində yazıb.

"Sankt-Peterburqda biz Prezident Putinlə görüşdük ki, Osloda Prezident Zelenski ilə əldə olunmuş irəliləyişi möhkəmləndirək və sülh sazişinin çərçivə şərtlərini müzakirə edək. Bu müzakirələr konstruktiv xarakter daşıyırdı və ABŞ, Rusiya və Ukrayna arasında üçtərəfli danışıqlar çərçivəsində davam etdiriləcək", — deyə Uitkoff qeyd edib.

Onun sözlərinə görə, Ukraynadakı vəziyyətin nizamlanması üçün tərəflərin hələ görməli olduğu çox iş var. Xüsusi elçi vurğulayıb ki, ABŞ Prezidenti Donald Tramp böhranın başa çatmasına və etibarlı sülhün bərqərar olmasına nail olmaq istəyir.

Qeyd edək ki, oktyabrın 21-də Sankt-Peterburqda Putin və Uitkoff arasında danışıqlar baş tutub. Müzakirələrin əsas mövzusu Ukrayna böhranının nizamlanması olub.

Danışıqların açıq hissəsində Rusiya lideri ABŞ ilə iqtisadi əməkdaşlığın bərpası mövzusuna maraq olduğunu vurğulayıb və Norveçdəki danışıqların nəticələri ilə maraqlanıb. Öz növbəsində Uitkoff Osloda Avropa və Ukrayna nümayəndələri ilə keçirilən görüşün nəticələrini əks etdirən xüsusi sənədlər gətirdiyini bildirib.

QAZİLER.AZ