ABŞ “Lukoyl”la bağlı lisenziyanı uzada bilər

ABŞ “Lukoyl”la bağlı lisenziyanı uzada bilər backend

"Lukoyl"un xarici aktivlərinin satışı məsələsi ilə bağlı Rusiya və ABŞ arasında təmaslar davam edir.

Qaziler.az xəbər verir ki, Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov "Birinci Kanal"a müsahibəsində sövdələşmənin həyata keçirilməsi üçün zəruri olan lisenziyanın ABŞ tərəfindən heç bir çətinlik olmadan uzadıla biləcəyini açıqlayıb.

Potensial alıcı barədə məlumatı şərh edən Peskov qeyd edib ki, bu, kommersiya sövdələşməsidir və onun təfərrüatları açıq şəkildə müzakirə olunmur.

Qeyd edək ki, "Lukoyl" ötən il oktyabrın 22-dən bəri ABŞ-nin sanksiyalar siyahısındadır. Rusiya şirkəti məhdudiyyətlər tətbiq edildikdən sonra xarici aktivlərini satmaq niyyətində olduğunu bəyan edib. 2026-cı ilin yanvar ayında "LUKOYL" ASC Amerikanın "Carlyle" investisiya şirkəti ilə "LUKOIL International GmbH"ın satışı barədə razılaşma əldə edib. Müqavilə hazırda ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsinin (OFAC) baxışındadır.

QAZİLER.AZ