“Vikipediya”nın fəaliyyətində böyük problem yarandı

“Vikipediya”nın fəaliyyətində böyük problem yarandı backend

"Vikipediya"nın fəaliyyətində irimiqyaslı problem baş verib.

Qaziler.az "Downdetector" platformasının məlumatlarına istinadən xəbər verir ki, dünyanın hər yerindən olan istifadəçilər problemlərdən şikayətlənirlər.

Belə ki, nasazlıqlar Bakı vaxtı ilə təxminən saat 19:00-dan etibarən qeydə alınıb. Ən çox şikayət amerikalı istifadəçilərdən daxil olub və müraciətlərin sayı iki minə yaxındır. Problemlər barədə, həmçinin Kanada, Braziliya, Böyük Britaniya, Almaniya, Fransa, Niderland, İspaniya, Hindistan, Yaponiya və bir sıra digər ölkələrin istifadəçiləri də məlumat verirlər.

İstifadəçilərin əksəriyyəti "Vikipediya" saytının, tətbiqinin işindəki nasazlıqlardan, eləcə də şəxsi hesaba daxil olmaqla bağlı problemlərdən şikayət edirlər.

QAZİLER.AZ