İrana ABŞ-nin "son xəbərdarlığı" çatdırıldı

İrana ABŞ-nin "son xəbərdarlığı" çatdırıldı backend

Oktyabrın 20-də Tehrana səfər edən Pakistan Silahlı Qüvvələrinin komandanı Asim Münir özü ilə ABŞ-nin "son xəbərdarlığını" gətirib. 

Qaziler.az xəbər verir ki, Livanın "əl-Əxbar" nəşrinin məlumatına görə, bu xəbərdarlıq İrana hər hansı əlavə addım atmazdan əvvəl Vaşinqtonun nüvə güzəştləri ilə bağlı tələblərinə tabe olmağa çağırır.

Bildirilib ki, əks təqdirdə, İran Külüng dağında yerləşən nüvə obyektlərinə qarşı yönəlmiş "miqyaslı hücum"la üzləşə bilər.
Eyni zamanda, qeyd olunub ki, diplomatik səylərin mürəkkəb vəziyyəti necə tənzimləyəcəyi və yeni müharibənin qarşısını alacağı hələlik qeyri-müəyyəndir.

Məqalədə o da vurğulanıb ki, Tehranda Rusiyanın vəziyyətin nizamlanmasındakı mümkün iştirakı və xüsusilə Lavrovun Tehrana səfərindən sonra gərginliyin azaldılması istiqamətindəki səyləri müzakirə olunur.

QAZİLER.AZ