Almaniyada gənc kişilər hərbi xidmət anketini müəyyən edilmiş müddətdə doldurmadıqlarına görə cərimələnəcəklər.
Qaziler.az xəbər verir ki, bu barədə AFR-in Müdafiə Nazirliyinə istinadən "Handelsblatt" nəşri məlumat yayıb.
Nazirlik müəyyən olunmuş müddətdə anketə cavab verməyənlərə qarşı inzibati xətalar haqqında işlərə başlayıb. Cərimənin məbləği 250 avroya qədər çatacaq.
"Hərbi xidmət haqqında sorğu vərəqəsinə məhəl qoymayanlar artıq pul ödəməlidirlər", — deyə "Sueddeutsche Zeitung" qeyd edir.
Xəbərdə qeyd edilib ki, yanvar ayından etibarən hərbçilər 18 yaşından yuxarı gənclərə məktublar göndərirlər. Könüllü hərbi xidmət haqqında qanunun yeni redaksiyası bu cür işləyir: kişilər blankı dörd həftə ərzində doldurmağa borcludurlar, qadınlar isə bunu istəyə görə edə bilərlər. Daha sonra iki həftəlik yeni müddəti əks etdirən xəbərdarlıq məktubu gəlir.
Müdafiə Nazirliyinin sentyabrın 30-na olan məlumatına görə, 492,8 min məktub göndərilib ki, bunlardan da 253 mini kişilərə, 239,8 mini isə qadınlara ünvanlanıb. Kişilərin təxminən 96%-i məktuba vaxtında və ya əlavə müddət ərzində cavab verib.
QAZİLER.AZ

