Böyük Britaniyada dövlət borcu rekord həddə çatdı

Böyük Britaniyada dövlət borcu rekord həddə çatdı backend

Böyük Britaniyanın dövlət borcu sentyabr ayında tarixdə ilk dəfə 3 trilyon funt-sterlinqi ötüb.

Qaziler.az xəbər verir ki, bu barədə ölkənin Milli Statistika Bürosu məlumat yayıb.

Məlumatda qeyd edilib ki, 2026-cı ilin sentyabr ayının sonuna dövlət borcu ilk dəfə 3 trilyon funt-sterlinqi keçib.

Nominal ifadədə rekord artımdan asılı olmayaraq, qurum borcun iqtisadiyyata olan nisbətində müsbət dinamika qeydə alıb. ÜDM-ə (Ümumi Daxili Məhsul) faiz nisbəti ilə dövlət borcunun hazırkı səviyyəsi, ötən ilin eyni dövrü ilə müqayisədə daha aşağı olub.

Bununla belə, maliyyə yükü artmaqda davam edir: sentyabr ayında borc üzrə faiz ödənişlərinə çəkilən xərclər 10,9 milyard funt-sterlinqə çatıb. Bu məbləğ ötən ilin göstəricilərini 16,6% üstələyib və hökumətin proqnozlaşdırdığından 2 milyard funt-sterlinq daha çox olub.

QAZİLER.AZ