Türkiyənin Şırnak əyalətinin Silopi rayonunda terrorçulara qarşı mübarizədə həlak olan əsgərin dəfni zamanı oğlunun sözləri hamını göz yaşlarına boğub.
Qaziler.az Qafqazinfo - ya istinadən bildirir ki, şəhid olmuş gizir Kənan Yıldızın Adanada dəfn mərasimi zamanı onun atasının ölümünü dərk etməyən 3 yaşlı oğlu Melih Yıldız xalası oğlu ilə tabutun yanında oynayıb. Körpənin atasının tabutun üzərindəki şəklini göstərib “Bu, mənim atamdır” deyərək əsgər salamı verməsi hər kəsi ağladıb.Şəhid oğlu hamını kövrəltdi

