İsveç Xizək İdmanı Federasiyası Milli İdman Federasiyası ilə birlikdə rusiyalı idmançıların 2027-ci ildə Falunda keçiriləcək xizək idman növləri üzrə dünya çempionatında iştirak etməməsi üçün onlara viza verilməsindən imtina edilməsinə çalışır.
Qaziler.az bildirir ki, bu barədə oktyabrın 21-də İsveçin SVT telekanalı məlumat yayıb.
Telekanalın məlumatına görə, bir sıra rusiyalı xizəkçilər gələn il Falunda baş tutacaq dünya çempionatında iştirak etmək üçün icazə alıblar ki, bu da İsveç Xizək İdmanı Federasiyasının narazılığına səbəb olub.
Federasiyanın baş katibi Pernilla Bunde rusiyalı idmançıların ölkəyə girişinin məhdudlaşdırılması məsələsini Xarici İşlər Nazirliyi ilə müzakirə etmək üçün Milli İdman Federasiyasına müraciət edib. O bildirib ki, Rusiya idmançılarının dünya çempionatına buraxılması qərarı ilə razı olmasalar da, bu rəsmi qərara əməl etmək məcburiyyətindədirlər.
Milli İdman Federasiyasının sədr müavini Toralf Nilsson isə təşkilatın bu istiqamətdə hökumətlə dialoq apardığını təsdiqləyib.
QAZİLER.AZ

