Fransanın şimal-şərqində təlim uçuşu həyata keçirən "Mirage 2000D" tipli qırıcı təyyarə qəzaya uğrayıb. Hadisə nəticəsində təyyarənin pilotu həlak olub, göyərtədəki naviqatorun tapılması üçün isə genişmiqyaslı axtarış işləri başladılıb.
Qaziler.az bildirir ki, Fransa Silahlı Qüvvələr Nazirliyinin verdiyi rəsmi açıqlamaya görə, Nansi-Osey (Nancy-Ochey) hərbi hava bazasından havalanan döyüş təyyarəsi Nansi şəhəri yaxınlığındakı Mört-et-Mozel (Meurthe-et-Moselle) bölgəsində yerə çırpılıb. Qəza yerli vaxtla saat 23:35 radələrində Rojevil (Rogeville), Domevr-an-E (Domèvre-en-Haye) və Tramblekur (Tremblecourt) kəndləri arasındakı ərazidə baş verib.
Təyyarənin iki nəfərlik heyətindən olan pilotun öldüyü rəsmən təsdiqlənib. Pont-a-Musson (Pont-a-Mousson) şəhərinin meri Henri Lemuand (Henry Lemoine) hadisə yerinə çoxlu sayda polis və yanğınsöndürmə briqadalarının cəlb olunduğunu və itkin düşən naviqatorun axtarışlarının davam etdirildiyini bildirib.
QAZİLER.AZ

