"Əl-Əxbar": ABŞ nüvə obyektlərinə zərbələr endiriləcəyi ilə bağlı İrana son xəbərdarlıq edib

"Əl-Əxbar": ABŞ nüvə obyektlərinə zərbələr endiriləcəyi ilə bağlı İrana son xəbərdarlıq edib backend

ABŞ İranı nüvə proqramı ilə bağlı güzəştlərə getməyə çağıraraq, əks halda ölkənin nüvə obyektlərinə genişmiqyaslı zərbələr endiriləcəyi ilə hədələyib.

Bu barədə Livanın “Əl-Əxbar” nəşri mənbələrinə istinadən məlumat yayıb.

Nəşrin məlumatına görə, Pakistan ordusunun komandanı Asim Munir Tehrana səfəri zamanı Vaşinqtonun tələbini İran tərəfinə çatdırıb.

Mənbələrin iddiasına görə, ABŞ-ın tələbləri yerinə yetirilməyəcəyi təqdirdə, İrana qarşı genişmiqyaslı hücum həyata keçirilə bilər. Ehtimal olunan hədəflər sırasında Kolanq-Qaz-La dağı ərazisində yerləşən nüvə obyektləri də göstərilir.

Qeyd edək ki, ABŞ və ya İran tərəfindən belə bir xəbərdarlığın rəsmi şəkildə təsdiqləndiyi barədə məlumat yoxdur. (apa)