Rusiya tərəfi oktyabrın 21-də ABŞ prezidentinin xüsusi elçisi Stiv Uitkoffun Rusiyaya səfərini təsdiqləyib.
Qaziler.az bildirir ki, bu barədə TASS mənbəyə istinadən xəbər verir.
"Bəli, planlar təsdiqləndi" agentliyin həmsöhbəti deyib. Lakin o, danışıqların harada aparılacağını dəqiqləşdirməyib.
Bundan əvvəl "The New York Times" qəzeti Uitkoffun Rusiya lideri Vladimir Putinlə danışıqlar aparmaq üçün Sankt-Peterburqa uçacağını yazmışdı.
Oktyabrın 20-də Stiv Uitkoff və Cared Kuşner Osloda Ukrayna prezidenti Vladimir Zelenski ilə danışıqlar aparıblar. Norveçin baş naziri Yonas Qaar Storun sözlərinə görə, görüş müsbət keçib. Aydın olur ki, Vitkoff danışıqlara şəxsən qatılıb, Kuşner isə onlayn rejimdə danışıqlara qatılıb.
QAZİLER.AZ

