ABŞ ukraynalı hərbçilərin təlim proqramını dəyişir

ABŞ ukraynalı hərbçilərin təlim proqramını dəyişir backend

ABŞ Almaniyada ukraynalı hərbçilərin təliminə yanaşmasını dəyişir və bu missiyanı daha daimi əsasa keçirir.

Qaziler.az xəbər verir ki, bu barədə ABŞ ordusunun "Stars and Stripes" nəşri məlumat yayıb.

Məlumata görə, indiyədək bu prosesə rəhbərlik edən ABŞ Milli Qvardiyasının Vermont ştatından olan 86-cı piyada briqadası öz rotasiyasını başa vurub. Bununla bağlı Almaniyanın Qrafenver şəhərindəki "Tower Barracks" hərbi bazasında rəsmi mərasim keçirilib.

Ukrayna hərbi təlimləri Bavariyada ABŞ hərbi bazalarında və təlim poliqonlarında davam edəcək. Lakin indi ona ABŞ Ordusunun Avropa və Afrikadakı aktiv bölmələri, eləcə də artıq bölgədə olan 7-ci Ordu Təlim Komandanlığı nəzarət edəcək.

QAZİLER.AZ