Taylanddan qayıdan Sankt-Peterburq sakini səyahətdən gətirdiyi meyvələri yuyarkən fmeyvənin üstündə gələn əqrəb onu sancılıb.
Qaziler.az bildirir ki, bu barədə "İzvestiya"ya 20 oktyabrda mənbə məlumat verib.
Mənbənin məlumatına görə, rusiyalı qadın çeçələ barmağında kiçik bir yara aşkar edib. O, plastik torbada kiçik buğumayaqlı heyvan görüb.
Zərərçəkmiş daha sonra təcili yardım çağırıb. O, müayinə olunub və intoksikasiya əlamətləri aşkar edilməyib.
Bir neçə saat sonra o, evə buraxılıb. İlkin məlumata görə, turist Taylanddan zəhərli əqrəbi gətirmiş ola bilər.
QAZİLER.AZ

