Avropada qazın qiyməti yeni rekordu qırdı

Avropada qazın qiyməti yeni rekordu qırdı backend

Avropanın ən böyük mərkəzi olan TTF indeksi üzrə qazın noyabr fyuçerslərinin dəyəri min kubmetr üçün demək olar ki, 1043 dollara qədər yüksəlib.

Qaziler.az xəbər verir ki, bu barədə "RİA Novosti" birja məlumatlarına istinadən xəbər verir.

Bu günün məlumatlarına görə, səhər saatlarında fyuçerslər 1027,6 dollar (+0,6%) səviyyəsində ticarət olunub, saat 14:20-də isə bu göstərici 1042,9 dollara (+2,1%) çatıb. Qeyd edilib ki, kotirovkaların dinamikası əvvəlki ticarət gününün hesablaşma qiymətinə əsasən təqdim olunur. Həmin vaxt birjada min kubmetr qazın qiyməti 1021,1 dollar təşkil edib.

QAZİLER.AZ